"Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək" - Seysmoloji Mərkəz
08
fev
2019
23:30
Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir:"Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.Sonuncu zəlzələ fevralın 6-da saat 06:25:50-də Pirqulu stansiyasından 9 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda baş verən güclü zəlzələ ilə bağlı TƏHLÜKƏLİ PROQNOZ
Fevralın 5-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələ Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşməsinə səbəb ola bilər.Bunu Trend-ə AMEA-nın Geol...