VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi "Yamaha” markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən "Mercedes-Benz” markalı avtomobillə vurulub.

Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar aparılır.
 
BAKU.WS