Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində müzakirə keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "İqlimə dözümlülük texnologiyaları: İqlimə dözümlü gələcək üçün innovasiyaların sürətləndirilməsi" mövzusunda müzakirə keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə iqlim dəyişmələrinin iqtisadiyyat, infrastruktur, ərzaq və su təhlükəsizliyi, eləcə də biznesin davamlılığına təsirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqlim risklərinin əvvəlcədən müəyyənləşdirilməsi və onların təsirlərinin azaldılmasında innovativ texnologiyaların imkanları müzakirə olunub.
"EY Azerbaijan" şirkətinin böyük meneceri Mirzə Əliyev bildirib ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ və ya ekoloji çağırış deyil. Onun sözlərinə görə, iqlim dəyişmələri getdikcə iqtisadi artım, infrastrukturun dayanıqlılığı, ərzaq və su təhlükəsizliyi, həmçinin biznesin fasiləsiz fəaliyyəti üçün ciddi çağırışa çevrilir.
Tədbirdə iqlimə davamlı gələcəyin formalaşdırılması üçün innovasiyaların sürətləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və iqlim risklərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...