Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında baş verən güclü sel nəticəsində ölənlərin sayı 1385 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, Nepalın Milli Fəlakət Risklərinin Azaldılması və İdarəolunması Qurumunun məlumatına görə, 5130 nəfər itkin düşüb və onların axtarışları davam etdirilir.
Fəlakət bölgələrində axtarış-xilasetmə və digər təcili əməliyyatlara 21022 təhlükəsizlik əməkdaşı cəlb olunub. Sel nəticəsində 13 676 nəfər xilas edilib, 337 yaralı isə müalicə olunub.
Qeyd edək ki, avqustun 26-da Rasuva bölgəsində baş verən sel nəticəsində çox sayda körpü dağılıb və yollar zədələnib.
Mütəxəssislər fəlakətin dağlıq ərazidə buzlaqların qopması nəticəsində yaranan uçqunla bağlı olduğunu bildiriblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...