13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda iki həftə əvvəl törədilən qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Əzizə Şeydulla qızı Həsənovanı yaşadığı mənzildə qətlə yetirən şəxslər tutulublar. Onlar 1990-cı təvəllüdlü Muxtar Şahmar oğlu Qədirov və 1989-cu il təvəllüdlü Rüfət Hümbət oğlu İsgərərovdur.

Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, avqustun 26-da Bakı şəhər sakini Əzizə Həsənovanın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Ziya Səccad
BAKU.WS