VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gecə Azərbaycanın əməkdar artisti Tanilə Əhmərova dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 65 yaşında vəfat edib.

Əməkdar artist Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutnuu bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının aktrisası olub.

Tanilə Əhmərova "Əlavə iz”, "Arşınmalçı”, "Evlənmək istəyirəm”,  "İlıq dənizdə buz parçası”, "İşarəni dənizdən gözləyin”, "Qaynana”, "Qəribə adam”, "Sevinc buxtası”, "Səndən xəbərsiz”, "Şir evdən getdi”, "Təhminə”, "Tələ”, "Üzeyir ömrü”, və "Üzü küləyə” filmlərində rol alıb.
Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub.

Allah rəhmət eləsin.

Ziya Səccad
BAKU.WS