15 kiloqram marixuana satmaq istəyən şəxs saxlanıldı
01
mar
2018
16:20
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumat daxil olub.Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu qeyd edilən ünvana yollanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin yerdə narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini İman Zamanov saxlanılaraq idarəyə gətirilib.Saxlanılan şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona məxsus çantadan külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisinin 15 kiloqram 05 qram qurudulmuş marixuana olması barədə rəy verib.İ.Zamanov ifadəsində marixuananı Qax rayonunda meşəlik sahədə yabanı halda yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Mingəçevir şəhərinə gətirdiyini bildirib.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Masallı sakinindən narkotik vasitə götürülüb
Masallı rayon sakinindən narkotik vasitə götürülübDİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon...