SİZİN REKLAM BURADA!
055 213 76 73


“Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun məsuliyyətsiz hərəkətlərinin şəklini paylaşması böyük təəssüf doğurur”.

BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib.

“Həmin şəxlər məsuliyyətsiz hərəkət ediblər. Onların izahatları alınır, araşdırma aparılır”, - deyə o qeyd edib.

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat və tüfənglə yayılan şəkilləri ilə bağlı açıqlama verib.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır:

“Məsələdən məlumatlıyıq”.

***17:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisəsinin direktoru və müavininin silahla şəkili yayılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, görüntülər mesajlaşma platformasında yayılıb.

Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və “vinçester” tüfəngi ilə şəkilləri yayılıb.

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib.

BAKU.WS