Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı

Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
Dünya 13

İtaliyalı futbol mütəxəssisi və sabiq futbolçu Andrea Pirlo bildirib ki, artıq İtaliya millisinin baş məşqçisi postuna namizədlər arasında deyil.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi səbəb açıqlanmasa da, yerli KİV bunu onun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı ilə əlaqələndirir.

BBC-nin məlumatına görə, Pirlo ötən ilin oktyabrında Rusiyanın "Fonbet" şirkətinin siması olub. Bu səbəbdən italiyalı siyasətçilər onun namizədliyini tənqid edərək, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Rusiya ilə əməkdaşlıq edən şəxslərin dövlət vəzifələrinə təyin edilməsinin yolverilməz olduğunu bildiriblər.

Tənqidlərə Pirlonun 2026-cı ilin mayında Moskvaya səfəri də səbəb olub. O, "Lujniki" stadionunda keçirilən Rusiya Kubokunun finalı ərəfəsində təşkil olunan tədbirdə iştirak edib.

Pirlo isə sosial şəbəkədə yaydığı açıqlamada əməkdaşlığının yalnız kommersiya və idman xarakteri daşıdığını vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər