Kolumbiyada hər kəsi şoka salan cinayət - 8 aylıq hamilə qadın qətlə yetirildi

Kolumbiyada hər kəsi şoka salan cinayət - 8 aylıq hamilə qadın qətlə yetirildi
Dünya 86

Kolumbiyada dörd gündür itkin düşən 21 yaşlı, 8 aylıq hamilə qadının meyiti çay kənarında aşkarlanıb. Hadisə ölkədə ciddi rezonans doğurub.

BAKU.WS xəbər verir ki, Kali şəhərində yaşayan Mariya Kamila Potosi iyulun 16-da itkin düşüb. Ailəsinin müraciətindən sonra başlayan axtarışlar nəticəsində onun meyiti dörd gün sonra La Buitrera bölgəsində, Melendes çayının sahilində tapılıb.

İlkin ekspertiza zamanı qadının bədənində çoxsaylı bıçaq xəsarəti aşkarlanıb. İstintaqın məlumatına görə, onun bətnindəki körpə də yoxa çıxıb və hazırda körpənin tapılması istiqamətində axtarışlar davam edir.

Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırarkən müəyyən edib ki, Mariya Kamila Potosi sonuncu dəfə özünü onun tanışı kimi təqdim edən naməlum qadınla birlikdə motosikletə minib.

Şübhəlinin görüntüləri ictimaiyyətə təqdim edildikdən sonra onun ailəsi qadını hüquq-mühafizə orqanlarına təslim edib. İstintaq çərçivəsində qadının hadisə ilə mümkün əlaqələri araşdırılır.

Kali şəhərinin meri Alehandro Eder körpənin tapılmasına kömək edəcək şəxslər üçün mükafat məbləğinin 200 milyon Kolumbiya pesosuna (təxminən 63 min ABŞ dolları) çatdırıldığını açıqlayıb.

Kolumbiya Prokurorluğu hadisə ilə bağlı adam oğurluğu, ağırlaşdırılmış qətl, işgəncə və sübutların gizlədilməsi maddələri üzrə genişmiqyaslı istintaq aparır. Hadisənin bütün təfərrüatları araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər