Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalanıb

Türkiyə, Qazaxıstan və Mərakeş güləş federasiyaları ilə ikitərəfli anlaşma memorandumları imzalanıb
Foto
İdman 10

Bakıda təşkil edilən güləş üzrə U17 dünya çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası ilə Türkiyə Güləş Federasiyası, Qazaxıstan Güləş Federasiyası və Mərakeş Krallığının Güləş Federasiyası arasında ikitərəfli anlaşma memorandumları imzalanıb.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, imzalanan memorandumlar federasiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, güləşin davamlı inkişafının təşviqinə və idman nailiyyətlərinin artırılmasına xidmət edəcək.

Sənədlərdə milli komandalar arasında birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsi, məşqçilik, hakimlik və digər sahələrdə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq həmçinin tərəfdaş federasiyalar arasında uzunmüddətli və səmərəli əlaqələrin inkişafına, güləşin beynəlxalq səviyyədə təşviqinə, eləcə də Azərbaycan güləşçilərinin hazırlıq prosesinin təkmilləşdirilməsi və onlar üçün yeni inkişaf perspektivlərinin yaradılmasına mühüm töhfə verəcək.

Azərbaycan Güləş Federasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini ölkəmizdə güləşin inkişafı, idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq arenada uğurların davamlılığının təmin olunması baxımından prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər