Masallıda çayda üzərkən ağır xəsarət alan 23 yaşlı gənc xəstəxanada vəfat edib
27
iyl
2026
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.
O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...