Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Xalq artisti Aygün Kazımova "Dream Fest" xalçasında görüntülənib.
BAKU.WS xəbər verir ki, ifaçı tədbirə xüsusi tərzi ilə damğa vurub.
Sənətçi zövqlü geyimi və fərqli saç düzümü ilə diqqət mərkəzində olub.
O bu imici ilə sevənlərini 2000-ci illərə aparıb.
Sənətçi daha sonra "Dream Fest" səhnəsində möhtəşəm çıxışı ilə festival iştirakçılarına unudulmaz anlar yaşadıb.
Repertuarına daxil etdiyi "Məclis", "Onun adı nə idi?" və "S.O.S" hitlərini yeni aranjimanda səsləndirib.
Peşəkar rəqqaslarla birlikdə təqdim etdiyi dinamik səhnə şousu gecənin ən çox müzakirə olunan məqamlarından biri olub.
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...