EFENDI nüfuzlu musiqi festivalında çıxış etdi

EFENDI nüfuzlu musiqi festivalında çıxış etdi
Video
Şou-biznes 67

EFENDI Yurmalada keçirilən, Baltikyanın ən nüfuzlu musiqi tədbirlərindən birinə qatılıb.

BAKU.WS xəbər verir ki, sənətçi latviyalı müğənni Laima Vaikulenin təşkil etdiyi "Laima Rendezvous" festivalında çıxış edib.

Samirənin çıxışı 125 ildən artıq tarixə malik əfsanəvi Dzintari konsert zalının səhnəsində baş tutub.

Fəaliyyət göstərdiyi illər ərzində bu səhnə bir çox tanınmış sənətçiləri qəbul edib və Latviyanın ən mühüm mədəniyyət məkanlarından birinə çevrilib.

"Laima Rendezvous"a dəvət olunmaq mənim üçün böyük şərəfdir. Bu, inanılmaz atmosferi, gözəl Yurmalası və möhtəşəm Dzintari səhnəsi ilə xüsusi bir məkandır. Belə bir festivalın bir hissəsi olmaqdan və bu axşamı istedadlı sənətçilərlə bölüşməkdən çox xoşbəxtəm", - deyə EFENDI bildirib.

Azərbaycanı "Avroviziya-2021" mahnı müsabiqəsində təmsil edən EFENDI beynəlxalq səhnədə musiqi fəaliyyətini uğurla davam etdirir və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər