Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu

Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
Digər 21

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın nəticələri məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, müğənni İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız və Şefik Ömər Dolman barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, müğənni Sıla Gençoğlu, İrem Haznedar, Aybüke Albere, Ateş İnce, Gökhan Şafak, Buğra Balkaya, Hilal Zeynep Hedbe, Volkan Büyükhanlı, Büşra Tatar, Feyza Cihan və Asude Mercan isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıblar.

Ekspertiza nəticələrinə görə, İlyas Yalçıntaş, Ayşənur Balcı, Orhan Yıldız, Akın Altan, Asude Mercan, Buğra Balkaya, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe və Şefik Ömər Dolmanın analizlərində kokain, Büşra Tatarın analizində isə kodein maddəsi aşkarlanıb.

Qeyd edək ki, Bakırköy Prokurorluğunun narkotik maddələrlə mübarizə istiqamətində apardığı araşdırmalar zamanı müğənni, aktyor və iş adamlarının narkotik və stimullaşdırıcı vasitələrdən istifadə etdikləri, habelə narkotik maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün yer təmin etdikləri barədə sübutlar əldə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər