Adil Kərimli Xalq yazıçısı Anarla ədəbi prosesin inkişafını müzakirə edib
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, həmçinin görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verəcəyi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu uğrunda RƏQABƏT: Yeni namizəd irəli sürüldü
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sədr postuna yeni namizəd irəli sürüb. BAKU.WS xəbər verir ki, bu barədə məlumat AKİ-nin sabah keçiriləcək konfransl...