Küləyə görə Bakı-Pirşağı-Sumqayıt qatarında problem yarandı - 20 dəqiqə gecikdi
27
iyl
2026
08:50
Bakı-Pirşağı-Sumqayıt sürət qatarında ləngimə olub.
BAKU.WS-in məlumatına görə, Sumqayıtdan Bakıya hərəkət edən qatar Zabrat-2 stansiyasında bir neçə dəqiqə ləngidikdən sonra yerindən tərpənib.
Hərəkətə başladıqdan sonra yüksək sürət yığa bilməyən qatar nəticədə növbəti stansiyaya nəzərdə tutulduğundan xeyli gec çatıb.
Aşağı sürətlə yolda dayana-dayana hərəkət edən qatar nəzərdə tutulan hərəkət qrafikdən xeyli kənara çıxıb və təxminən 20 dəqiqə gecikib.
Qatarın maşinistinin anonsundan belə məlum olub ki, hava şəraiti ilə əlaqədar qatarda texniki problem yaşanıb.
Oxşar xəbərlər
Sabir Rzayev vəzifədən ayrıldı
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC-nin İnfrastruktur Departamentinin direktoru Sabir Rzayev işdən çıxıb. BAKU.WS İqtisadiyyat.az-a istinadən...