Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı onun əlindəki sellofan torbadan külli miqdarda narkotik vasitə - 5 kiloqram 190 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.


Müəyyən edilib ki, Tizfəhim Fətullah istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə tiryək əldə edərək özündə saxlayıb. Daha sonra həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində 15 min ABŞ dollarına satmaq istəyib.


Faktla bağlı respublika Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

Ziya Səccad
BAKU.WS