VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Damadedovo"da baş verən yanğın Azərbaycan təyyərələrinin Moskvaya enməsinə təsir göstərmiyib."Azərbaycan Hava Yollarının (AZAL)” QSC təyyarələri Bakı-Moskva marşrutu üzrə uçuşları normal rejimdə həyata keçirir.

BAKU.WS-in məlumatına görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, bütün uçuşlar və enişlər qrafikə uyğun həyata keçirilir. 

 

"Bu gün saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə öz qrafikinə Moskvanın "Domodedovo” aeroportuna eniş edəcək"-deyə xidmət rəhbəri əlavə etdi.

Bu səhər Moskvanın "Domodedovo" hava limanında güclü tüstülənmə səbəbindən təxminən 3 min insan təxliyyə olunmuşdu.

Yanğın ocağı binanın alt mərtəbəsində baqaj bölməsində təxminən 15 kvadrat metr ərazini əhatə etmişdi.

Hazırda yanğının qarşısı tam şəkildə alınıb.

Hadisəyə ilkin səbəb kimi elektrik avadanlıqlarında baş verən nasazlıq göstərilir.

Domodedovo hava limanından bu ilin ilk 7 ayında 14,41 milyon sərnişin istifadə edib.

BAKU.WS