Oğuzda suqızdırıcı partlayıb, xəsarət alan var

Oğuzda suqızdırıcı partlayıb, xəsarət alan var
Hadisə 144

Oğuz rayonunda suqızdırıcının partlaması nəticəsində 28 yaşlı qadın xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Püstəxanım İsrayıl qızı Zakirova evdə olan suqızdırıcının partlaması nəticəsində üz nahiyəsindən ağır xəsarətlər alıb.

Yanıq xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər