Mərdəkanda dənizdə batdığı ehtimal edilən Vüsalın axtarışına başlanılıb
07
iyl
2026
12:23
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
Novruz bayramı günü bibisinin oğlunu öldürdü
Bu ilin mart ayında bibisi oğlu - 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. BAKU.WS "Qafqazinfo"ya istinadla x...