Azərbaycanda bu məhsullar 10 il müddətinə gömrük rüsumundan azad edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal texnologiyaların, o cümlədən süni intellekt texnologiyalarının və innovasiya məhsulunun hazırlanması, inkişaf etdirilməsi və tətbiqi fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar (investisiya təşviqi sənədini alan və ya texnologiyalar parkının rezidenti olan şəxslər istisna olmaqla) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəyi nəzərə alınmaqla verdiyi təsdiqedici sənədi əsasında siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə dəstləşdirici hissələrin, materialların və xammalın idxalı - 2026-cı il iyulun 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...