Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO
Video
Hadisə 698

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın dam örtüyü təqribən 150 m² sahədə yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Yanğın artıq lokallaşdırılıb.

***09:09

Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında qeydə alınıb.

Yaşayış binasındakı yanğını söndürmək üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Son xəbərlər