Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var
Qusarda toydan çıxan kişi qonşusunu döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Balaqusar kəndində baş verib. Qusar rayonunun Laza kənd sakini, 1998-ci il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir) bir müddət əvvəl Balaqusar kəndinə köçüb və orada yaşayıb.
Bir neçə gün əvvəl, o, Balaqusar kəndinin girişindəki "Karvan" şadlıq sarayında toy məclisinə gedib və orada spirtli içki qəbul edib. Toydan sərxoş vəziyyətdə çıxan Elvin kafeyə daxil olub, yenidən spirtli içki qəbul edəndən sonra Balaqusar kəndinə yola düşüb. O, yolda olarkən toydan qayıdan Balaqusar kənd sakini Zamin Quliyevlə rastlaşıb və birlikdə kəndə getməyə qərar veriblər. Yolboyu söhbət zamanı Zamin Elvindən Balaqusar kəndinə köçməsinin səbəbini soruşub. Sərxoş olan Elvin Zaminin bu sözündən inciyib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elvin başı ilə Zaminin sifətinə zərbə endirib. O, daha sonra Zamini döyməyə başlayıb. Hadisə şahidləri onları ayırıb və davanı sakitləşdiriblər.
Əraziyə polis əməkdaşları gəliblər, Elvin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılaraq, iş məhkəməyə göndərilib. Qusar Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub, zərərçəkmiş şəxsə dəymiş ziyan ödəndiyindən, cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 05:5...