SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak üçün Azərbaycana gələn Türkiyənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Gürcüstan mətbuatını həyəcanlandırıb.
 
BAKU.WS-in məlumatına görə, KİV Cənubi Osetiya üzərindən uçan hərbi helikoperlərin Rusiyaya məxsus olduğunu iddia edib və bunu Gürcüstan hava məkanının pozulması kimi təqdim edib.
 
Bundan sonra Gürcüstan Müdafiə Nazirliyi açıqlama yayaraq KİV-dəki məlumatlar təkzib edib. Gürcüstan tərəfi bildirib ki, ölkənin hava sərhədlərini keçən hərbi vasitələr Ryusiyaya deyil, Türkiyəyə məxsusdur və onlar Azərbaycana uçurdular. 

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.
 
Təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.
 
ŞAHİN Həbibov
BAKU.WS