Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazrıda Bakıda və Abşeron yarımadasında qar yağıb, axşama doğru tədricən kəsiləcək:
"Havanın temperaturu 1 dərəcə isti qeydə alınır. Axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərdə, yolların buz bağlayacağı ehtimal olunur".
G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir:
"Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur".
O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasına qar yağır - YENİLƏNİB - FAKTİKİ HAVA
Yanvarın 23-ü saat 12:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR , Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran və...