Bu gün yenidən Bakıya şiddətli qar yağacağı ehtimal olunur.
BAKU.WS xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.
Tətbiqdə, günün ikinci yarısı, saat 19:00-dan etibarən qarın yağacağı öz əksini tapır. Həmçinin qeyd olunur ki, gecə 2 dərəcə şaxta olacaq.
Qeyd edək ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.
Yollar buz bağlayacaq.
Banu Hüseynli
BAKU.WS [xfgiven_instagram3]
VİDEO
VİDEO
QALEREYA