Vergilər Nazirliyi iri marketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi iri marketlərdə yoxlamalara başladı
İqtisadiyyat 948
 

Vergilər Nazirliyi bəzi iri marketlər şəbəkələrində yoxlamalara başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin analitik-informasiya şöbəsindən bildirdilər.

Məlumata görə, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib.

"Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadı olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır. "Neptun” və "Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib", - deyə nazirlikdən bildirdilər.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər