Prezidentin tapşırığından sonra nazir ciddi struktur dəyişiklikləri etdi
Vergilər Nazirliyində prezident İlham Əliyevin son Fərmanlarının icrasının təmin olunması və vergi sistemində struktur dəyişikliklərinin aparılmasına həsr olunmuş Kollegiya iclası keçirilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, iclasda çıxış edən Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, ölkə başçısının müəyyənləşdirdiyi yeni iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edir.
Vergilər naziri ölkə başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, mövcud vergi potensialının büdcəyə tam həcmdə cəlb olunması, vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığında çevikliyə nail olunması məqsədilə nazirliyin bir sıra struktur vahidlərində kadr və struktur dəyişikliyinin aparıldığıını qeyd edib.
Nazirin müvafiq əmri ilə Vergilər Nazirliyinin aparatında Vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə yeni baş idarə yaradılıb, nazirliyin Beynəlxalq münasibətlər idarəsi və Maliyyə institutlarında vergi monitorinqi idarəsi ləğv edilərək onların mövcud ştat vahidləri hesabına Beynəlxalq münasibətlər idarəsi və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi yaradılıb, bəzi struktur vahidlərinin rəhbərliyində dəyişikliklər aparılıb, bir neçə müşavir vəzifəsi ləğv edilib.
F.Məmmədov Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının Əsasnaməsinin Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının Əsasnaməsinə uyğunlaşdırılması, nazirliyin strukturunda funksiyaların təkrarlanmasına yol verilməməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi, nəzarət sisteminin və informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Kollegiya iclasında Nazirliyin qarşısında duran digər vəzifələr də müzakirə edilib.
BAKU.WS
Oxşar xəbərlər
Nazir prezidentin tapşırığından sonra yeni qurum yaratdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdiri...