Yeni ildən etibarən Azərbaycanda yarım milyon insanın qazancı artacaq
Vergilər Nazirliyində "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
BAKU.WS-in məlumatına görə, iclasda qeyd olunub ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb.
Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilmiş, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixldə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov qeyd etmişdir ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
Bildirilib ki, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən artıq maaşı 2500 manatadək olan şəxslərdən gəlir vergisi yaşayış minimumu (146 AZN) çıxıldıqdan sonra tutulacaq. Ancaq əvvəllər bu həd 250 manat idi. Yeni təkliflərə əsasən, indi 2500 manata qədər qazanc əldə edən şəxslərdən yaşayış minimumu çıxılacaq və yerdə qalan vəsaitdən 14% gəlir vergisi tutulacaq. Məsələn, 1000 manat gəliri olan şəxs qazancından yaşayış minimumunu (145 AZN) çıxacaq. Yerdə qalan 855 manatın 14% gəlir vergisini ödəyəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Prezident Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman verib. BA...