Ucuz maşınlar satışa çıxarıldı - Min manatdan 25 min manatdək... - QİYMƏTLƏR

6 may 2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək. Hərraca dövlət qurumlarının balansında olan müxtəlif markalı minik və xüsusi təyinatlı avtomobillər çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, ümumilikdə 40-dan çox avtomobilin satışa çıxarılması planlaşdırılır. Onlar arasında BMW, Mercedes-Benz, Toyota, Nissan, Hyundai, Fiat, Mitsubishi, VAZ, Volkswagen, QAZ və digər markalar mövcuddur. Avtomobillərin buraxılış illəri 1990-cı ildən 2014-cü ilə qədər olan dövrü əhatə edir.
Ən yüksək start qiyməti ilə satışa çıxarılan avtomobil BMW 740LI markalı 2014-cü il istehsalı nəqliyyat vasitəsidir. Onun ilkin satış qiyməti 25 000 manat, 10% beh məbləği isə 2 500 manat təşkil edir. Ən ucuz nəqliyyat vasitəsi isə 1992-ci il istehsalı UAZ 3962 markalı xüsusi sanitar avtomobildir. Onun start qiyməti cəmi 1 000 manatdır.
Satışa çıxarılan bəzi nəqliyyat vasitələri:
-
Mitsubishi Pajero (2005) – 11 800 manat
-
Toyota Camry (2013) – 15 200 manat
-
Mercedes-Benz S350 (2011) – 24 800 manat
-
Nissan Patrol (2006, 2007) – 8 600 – 9 000 manat
-
BMW 530i (2006) – 8 200 manat
-
VAZ 21074 modelləri (2000-2008) – 4 850 manatdan başlayan qiymətlərlə
-
Fiat Albea Sole və digər təlim avtomobilləri – müxtəlif qiymətlərlə
Avtomobillər müxtəlif dövlət qurumlarının – Mərkəzi Seçki Komissiyası, Prezidentin Təhlükəsizlik Xidməti, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Dövlət Neft Fondu və digər qurumların balansından təqdim edilir.
Vacib qeydlər:
-
Hərracda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənəd və 10% behin ödənilməsini təsdiqləyən sənəd təqdim olunmalıdır.
-
Beh məbləği Mərkəzi Bankda açılmış AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına köçürülməlidir.
-
Hərracın keçirilməsinə ən gec 3 bank günü qalmışa qədər müraciət edilməlidir.
-
Avtomobillərlə əvvəlcədən tanış olmaq imkanı balanssaxlayıcı təşkilatlar tərəfindən yaradılır.
-
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) keçiriləcək.
-
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 311-01-60 (daxili: 1758, 1709, 1706, 1705).
-
Müraciətlər həmçinin e-emlak.gov.az portalı vasitəsilə də qəbul edilir.
Satışa çıxarılan avtomobillərin tam siyahısı və texniki detalları ilə auksiya.gov.az saytında tanış olmaq mümkündür.



Oxşar xəbərlər
Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,3 % azalaraq 69,48 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...