Türkiyə boğazlardan keçid haqqını artırır
İyulun 1-dən etibarən İstanbul və Çanaqqala boğazlarından keçən gəmilər üçün ödəniş hesablamasında istifadə olunan qızıl frankın dəyəri 15% artırılaraq 5.83 dollara çatdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. O bildirib ki, əldə olunan gəlirlər hesabına boğazlarda ekoloji təhlükəsizliyin artırılması və gəmi hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi davam etdiriləcək.
Nazir qeyd edib ki, bu, 2022-ci ildən bəri tətbiq edilən dördüncü artımdır.
Xatırladaq ki, boğazlardan keçid haqqı 1936-cı ildə imzalanan Montrö Konvensiyasına əsasən, qızıl frankla hesablanır. Həmin dövrdə bir qızıl frankın dəyəri 0.8 dollar olub.
Oxşar xəbərlər
Azərbaycan və İtaliya ticarət dövriyyəsini 10 milyard avroya çatdırmaq niyyətindədir
İtaliya və Azərbaycan investisiyaların genişləndirilməsi, texnoloji əməkdaşlıq və ticarət əlaqələrinin şaxələndirilməsi hesabına 2025-ci ildə 8 milyard avro ola...