Türk dövlətlərinin sığortaçıları Şuşada birgə sənəd imzalayıblar
Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları arasında birgə "Proklamasiya sənədi" imzalanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılib.
Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafa nail olmaqdır.
Oxşar xəbərlər
SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 18-ci dəfə faiz...