TAP qeyri-mütəşəkkil emissiyaların təxminən 90 % azaldılmasına nail olub
TAP AG qaz kəməri operatoru magistral infrastrukturun elektrik kompressorları ilə təchiz olunması perspektivlərini təhlil edir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a müsahibəsində "TAP AG"nin idarəedici direktoru Luka Skyeppati (Luca Schieppati) bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslə sözügedən avadanlıqların həm artıq istismar olunan obyektlərdə, həm də boru kəmərinin marşrutu boyunca tikilməsi planlaşdırılan stansiyalarda quraşdırılmasını nəzərdə tutulur.
L.Skyepatti xatırladıb ki, elektrifikasiya sahəsində araşdırmalar, infrastrukturun hidrogen və biometan nəqlinə hazırlığının təmin edilməsi üzrə işlər aparılıb, eləcə də sızmaların aşkarlanması və aradan qaldırılmasına gücləndirilmiş nəzarətlə dəstəklənən Metan Emissiyalarının Azaldılması Planı yerinə yetirilib:
"Bu proses elektrik şəbəkə bağlantısı nöqtələrinin müəyyən edilməsini, enerji təchizatının etibarlılığının təhlilini və əməliyyat ehtiyaclarının təmin edilməsi üçün aşağı karbonlu elektrik enerjisinin mövcudluğunu əhatə edir. Eyni zamanda, TAP AG boru kəmərinin marşrutu boyunca bütün obyektlərində istixana qazları ilə bağlı məlumatların toplanması və hesabatlılığı üçün zəruri alətləri və sistemləri inteqrasiya edib".
İdarəedici direktorun sözlərinə görə, 2025-ci ilin sonuna qədər TAP istixana qazlarının ümumi həcminin proqnoz göstəricilərinə nisbətən 25 %-dən çox, metan emissiyalarının isə 50 %-dən çox azaldılmasına nail olub:
"Bundan başqa, qeyri-mütəşəkkil emissiyalar baza göstəricilərə nisbətən 85 %-dən çox azaldılıb. Daxili analitik məlumatlara görə, TAP-ın fəaliyyətində CO2 emissiyalarının 95 %-dən çoxu qaz-kompressor avadanlıqlarının fəaliyyətinin nəticəsidir".
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
SOCAR və BP Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb. BAKU.WS SOCAR-a i...