SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, istiqraz sahiblərinin hesablarına 1 milyon 125 min ABŞ dolları köçürülüb və onların ümumi faiz gəlirləri 16,875 milyon dollara çatıb.
Bu məbləğ yekunda 22,5 milyon ABŞ dolları təşkil edəcək. Növbəti kupon ödənişi noyabrın 1-də olacaq.
SOCAR istiqrazları 9 ilə yaxındır ki, "Bakı Fond Birjası" QSC-də (BFB) ən çox ticarət olunan korporativ qiymətli kağızdır. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Bunlar, illik gəlirliliyi 4,5 % təşkil edən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazdır.
Bu il martın 7-də isə SOCAR 200 milyon ABŞ dolları dəyərində "Yaşıl istiqraz"ları tədavülə buraxıb. İllik gəlirliliyi 6 % olan, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min istiqraza görə ilk kupon ödənişi iyunun 7-də baş tutub (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə BFB-də 76 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1 430 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyə qədər şirkət vətəndaşlara və investorlara 44 milyon 875 min ABŞ dolları faiz ödəyib.
SOCAR İstiqrazlarını 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlamaq və yaxud socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Azərbaycan Türkiyə şirkəti ilə tekstil istehsalı üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycanda Türkiyənin "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkəti ilə tekstil istehsalı layihəsinin həyata keçiriləsi ilə bağlı əməkdaşlıq imkanları mü...
