SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyata keçirib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, istiqraz sahiblərinin hesablarına 1 milyon 125 min ABŞ dolları köçürülüb və onların ümumi faiz gəlirləri 15,75 milyon dollara çatıb.
Bu məbləğ yekunda 22,5 milyon ABŞ dolları təşkil edəcək. Növbəti kupon ödənişi avqustun 1-də olacaq.
SOCAR istiqrazları 9 ilə yaxındır ki, "Bakı Fond Birjası" QSC-də nda ən çox ticarət olunan korporativ qiymətli kağızdır. İstiqrazların ümumi dəyəri 100 milyon ABŞ dollarıdır. Bunlar, illik gəlirliliyi 4,5 % təşkil edən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazdır.
Bu il martın 7-də isə SOCAR 200 milyon ABŞ dolları dəyərində "Yaşıl istiqraz"ları tədavülə buraxıb. İllik gəlirliliyi 6 % olan, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 min istiqraza görə ilk kupon ödənişi iyunun 7-də baş tutacaq (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).
SOCAR İstiqrazlarını 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlamaq və yaxud socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət etmək lazımdır.

Oxşar xəbərlər
SOCAR-ın vitse-prezidentinin müavini Qaz üzrə Beynəlxalq İttifaqın icraedici komitəsinə üzv seçilib
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Qaz üzrə Beynəlxalq İttifaqın (IGU) icraedici komitəsinə 2025-28-ci illər üzrə üzv seçilib. BAKU.WS xəbə...