SOCAR və "Itochu" neft yataqlarının kəşfiyyatı və işlənməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın "Itochu" Korporasiyası ilə neft yataqlarının kəşfiyyatı və işlənməsi, bərpaolunan enerji layihələri, qabaqcıl texnoloji yeniliklərin sənayedə tətbiqi istiqamətində müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "ITOCHU" Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə keçirilən görüşdə baş tutub.
Görüşdə SOCAR ilə "Itochu" Korporasiyası arasında ötən illər ərzində səmərəli əlaqələrin qurulduğu vurğulanıb, bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrində, neft-kimya sahəsində uğurlu tərəfdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib, enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) martın 30-da Yunanıstanın Kipoi çıxış nöqtəsindən 367 milyon 848 min 997 kVt/saat hə...