SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uzbekneftegaz" şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, layihə çərçivəsində sentyabrın 8–12-də "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "İnsan resurslarının idarə edilməsi" sahəsində təcrübə proqramı həyata keçirilib.
Proqram iştirakçılarının SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə görüşündə təcrübə mübadiləsinin əhəmiyyəti, tərəfdaşlıq imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olublar.
Qeyd edək ki, cari il avqustun 25–29-da "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "Geoloji-kəşfiyyat işlərinin aparılmasının müasir üsulları və karbohidrogen ehtiyatlarının hasilatının artırılması" istiqamətində də təcrübə proqramı təşkil olunub.
Proqram qarşıdakı mərhələlərdə "Neft-qaz biznesində risklərin idarə edilməsi", eləcə də "Neft-qaz kompleksində innovasiya fəaliyyətinin idarə olunması" mövzuları üzrə davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbayca...