SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq

SOCAR İranla müştərək beynəlxalq şirkət yaradacaq
İqtisadiyyat 1449
 

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək beynəlxalq şirkət yaratmağı təklif edib".

BAKU.WS-in məlumatına görə, bunu APA-ya İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib. Ə. Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb: "Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”.

Ə. Kardor SOCAR-ın İrana neft mübadiləsi (neft svopu) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib. "Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”.

Ə. Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran  qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq. 

BAKU.WS 

Oxşar xəbərlər

Azərbaycandan neftin qiyməti ilə bağlı mühüm açıqlama

Azərbaycandan neftin qiyməti ilə bağlı mühüm açıqlama

"Neft hasilatının müəyyən səviyyədə saxlanılması ilə bağlı Əlcəzairdə keçiriləcək görüşdə qərar qəbul olunarsa, Azərbaycan da buna razılıq verməyə hazırdır"....

1421 İqtisadiyyat 16:36 22 sentyabr 2016

Son xəbərlər