İran dollardan imtina etdi, avroya keçdi

İran dollardan imtina etdi, avroya keçdi
İqtisadiyyat 1019

 

İran neft satışlarında "avro müharibəsini" qazanıb.

BAKU.WS-in məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə xarici şirkətlərin borclarını avro olaraq ödəməyi qəbul etdiyini açıqlayıb. İran rəhbərliyi artıq bir müddət idi ki, neft satışında dollardan imtina edərək yeni müqavilələrdə ödənişlərin avro olaraq edilməsini tələb edirdi.

İrana milyardlarla dollar borclu olan xarici neft şirkətləri bu borcları artıq avro olaraq geri ödəyəcək. İran neft naziri bildirib ki, Yunanıstanın "Hellenic Petroleum", İtayanın "Saras" və "Royal Dutch Shell" şirkətləri İrana 4 milyard dollarlıq borcu avro olaraq ödəyəcəklər. 

""Shell" borcunu avro olaraq ödəməyi qəbul edib. "Hellenic Petroleum" isə borcunu ödəməkdə çətinlik çəkir. Alternativ variantlar üzərində çalışırıq", - deyə nazir əlavə edib. 

Zəngənə "Emirates National Oil" Yaponiya və Hollandiya ilə də borc mövzusunda razılığa gəlmək üçün müzakirələrə başladıqlarını bildirib. 

BAKU.WS

Oxşar xəbərlər

8 ölkə dünyanın intizarla gözlədiyi iclasa hazır olduğunu açıqladı

8 ölkə dünyanın intizarla gözlədiyi iclasa hazır olduğunu açıqladı

Venesuela neft naziri Eulogio Del Pino İran səfəri zamanı mühüm açıqlamalar verib. BAKU.WS-in məlumatına görə, nazir 6 OPEC üzvünin və iki neft istehsalçının...

887 İqtisadiyyat 11:35 04 fevral 2016

Son xəbərlər