"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 157,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 19,7 milyon ABŞ dolları və yaxud 14,2 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4 % artaraq 120,02 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...