SOCAR İstiqrazlarının 19-cu kupon ödənişi edilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci SOCAR İstiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
BAKU.WS "SOCAR Capital" şirkətinə istinadən xəbər verir ki, 19-cu kupon ödənişi nəticəsində ikinci SOCAR İstiqrazlarının investorlarına qazandırdığı gəlir ümumilikdə 21 milyon 375 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək.)
SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 132.2 milyon ABŞ dolları məbləğində ticarət aparılıb və 1784 əqd bağlanıb. Ümumilikdə, SOCAR İstiqrazları buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 61 milyon 375 min ABŞ dolları məbləğində faiz ödənişi edilib.
İkinci SOCAR İstiqrazlarının növbəti və sonuncu kupon ödənişi tarixi 2 noyabr 2026-cı ildir.
10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR İstiqrazlarını 1 və 5 saylı "ASAN Xidmət" mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı "ASAN Xidmət" mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər./report
Oxşar xəbərlər
"Card to card" əməliyyatlarına limit qoyulması bu şəxslərə AİD DEYİL
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmə...