"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb
Dekabrın 13–14-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcək.
BAKU.WS xəbər verir ki, hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.
Hakaton iki istiqamət üzrə - Süni İntellekt Mühəndisliyi (AI Engineering): Əl yazısı məlumatlarının email, həmçinin Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası üzrə keçiriləcək.
İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət edə bilərlər.
İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alınacaq.
Seçilmiş komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.
Mükafat fondu (hər istiqamət üzrə):
1-ci yer – 4000 AZN
2-ci yer – 2000 AZN
3-cü yer – 1000 AZN
Qeydiyyat üçün: https://forms.gle/gW42pPctvkFVQfKm7
Son müraciət tarixi: 07 dekabr 2025-ci il, saat 23:59-a qədər
Məkan: Bakı Ali Neft Məktəbi kampusu, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 3-cü km, 25
Oxşar xəbərlər
Azərbaycanda vergilərlə bağlı sahibkarları SEVİNDİRƏCƏK XƏBƏR
"Sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradılması və vergi inzibatçılığının sadələşdirilməsi ölkəmizdə aparılan vergi siyasətinin başlıca priotetlər...