SOCAR "EKOL Mühəndislik Xidmətləri"nin yeganə səhmdarı olub
"EKOL Mühəndislik Xidmətləri" QSC-nin səhmlərinin 49 %-nə nəzarət edən "Lancer Services S.A." şirkəti payını satıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında yer alıb. Qeyd olunub ki, qiymətli kağızları digər səhmdar - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alıb və payını 100 %-ə çatdırıb.
Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri" 2006-ci ilin mart ayında təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
Oxşar xəbərlər
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,93ABŞ dolları və ya 2,58 % artaraq 116,41ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...