SOCAR-dan Türkiyədə inqilabi yenilik

SOCAR-dan Türkiyədə inqilabi yenilik
İqtisadiyyat 750

 

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Türkiyədə mavi dəhliz (Blue Corridor) xətti yaradacaq. 

BAKU.WS-in məlumatına görə, bu, şirkətin İstanbul-İzmir və İstanbul-Ankara-Sumqayıtı birləşdirən Türkiyənin əsas magistral yollarında yerləşəcək sıxılmış qaz stansiya şəbəkəsi (CNG Gas Station) "SOCAR CNG" hesabına mümkün olacaq.

Bu şəbəkə ilə Avropadan yola çıxan nəqliyyat vasitəsiləri CNG tədarükündə çətinlik çəkməyəcək. Mavi dəhliz vasitəsilə Avropadan gələn nəqliyyat vasitəsilərinin təbii qaz istifadəsini artırması qarşıya məqsəd qoyulub.

CNG daha əvvəl tələbi qarşılayacaq şəbəkəyə sahib olmadığı üçün yük maşını və avtobuslar tərəfindən istifadə edilmirdi. SOCAR bu çərçivədə lazım olan addımları atıb. CNG xəttinin ilk hissəsi Gebzedən başlayaraq Bolu, Ankara və Aksaray stansiyalarından Sumqayıta, digər hissəsi də yenə Gebzedən Bursa və İzmirə qədər ərazini əhatə edəcək. 

200-250 kilometr məsafələrdə inşa olunacaq 8 yeni stansiya hesabına İstanbul, Ankara, Mersin, Bursa, İzmir kimi ticarətin mərkəzi sayılan böyük şəhərlərdə nəqliyyat vasitələrinə yeni yanacaq əldə etmək imkanı yaranacaq. 

Stansiya sayının 2016-ci il ərzində artırılması hədəflənir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər