SOCAR: "Comstock Resources"la tərəfdaşlıq ABŞ enerji bazarında fəaliyyətimizi genişləndirəcək"

SOCAR: Comstock Resourcesla tərəfdaşlıq ABŞ enerji bazarında fəaliyyətimizi genişləndirəcək
İqtisadiyyat 39

"Comstock Resources" şirkəti ilə tərəfdaşlıq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-də fəaliyyətinin genişləndirilməsi və biznes portfelinin şaxələndirilməsi baxımından yeni imkanlar yaradır.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

O, bu gün 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində ABŞ-nin "Comstock Resources" şirkətinin prezidenti və baş maliyyə direktoru Roland O. Burns ilə görüşüb. "Görüşümüzdə bu yaxınlarda strateji tərəfdaşlıq üzrə Niyyət Məktubunun imzalanmasından məmnunluğumuzu ifadə etdik, sənəddən irəli gələn əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq", - SOCAR prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu tərəfdaşlıq SOCAR-ın ABŞ enerji bazarında fəaliyyətinin genişləndirilməsi və biznes portfelinin şaxələndirilməsi baxımından yeni imkanlar yaradır:

"İnanıram ki, SOCAR-ın beynəlxalq təcrübəsi ilə "Comstock Resources"un güclü aktiv bazasının bir araya gəlməsi uzunmüddətli dəyərin yaradılması və rəqabət qabiliyyətimizin gücləndirilməsi üçün möhkəm zəmin formalaşdıracaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər