SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb

SOCAR Baleine layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb
İqtisadiyyat 22

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında Kot-d"İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % iştirak payının əldə olunması prosesi yekunlaşıb.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, əməliyyat bütün tələb olunan təsdiqlərin alınması və zəruri şərtlərin icrası ilə yekunlaşdırılıb.

Əməliyyatın tamamlanması nəticəsində "Baleine" layihəsində iştirak payları "Eni" üzrə 37,25 %, "Vitol" üzrə 30 %, "Petroci" üzrə 22,75 % və SOCAR üzrə 10 % təşkil edir.

Bu satınalma SOCAR-ın Afrikanın "upstream" sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal "upstream" fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

2021-ci ildə kəşf edilmiş "Baleine" son dövrlərdə Qərbi Afrikada aşkar edilmiş ən böyük neft-qaz yataqlarından biri hesab olunur. Bu nəhəng dəniz neft-qaz yatağında hasilata 2023-cü ildə başlanılıb.

"Baleine", həmçinin Afrikada xalis sıfır emissiya göstəricisinə malik ilk dəniz neft-qaz layihəsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər