"Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır

Azərkimyada 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır
İqtisadiyyat 42

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində istehsal gücünün artırılması ilə bağlı hazırda yeni layihə nəzərdə tutulmur. Bununla yanaşı, müəssisədə modernizasiya və yenidənqurma işləri davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərkimya" İstehsalat Birliyinin proses üzrə direktor əvəzi Samir Səlimli məlumat verib.

Onun sözlərinə görə, 2016–2021-ci illərdə həyata keçirilən layihə çərçivəsində "Azərkimya"nın istehsal imkanları "SOCAR Polymer" və müəssisənin daxili tələbatı nəzərə alınmaqla artırılıb.

"Azərkimya" rəsmisi bildirib ki, həmin layihə nəticəsində etilen üzrə istehsal gücü 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb. Mövcud qurğular artıq 5 ildir bu məhsuldarlıq göstəriciləri ilə fəaliyyət göstərir.

Samir Səliyev hazırda aktiv mərhələdə olan yeni modernizasiya və yenidənqurma layihəsinin avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə etdiyini deyib.

"Mühəndislik fazası 95 faiz tamamlanıb. Növbəti ildən etibarən sahə işlərinə start veriləcək", – deyə o qeyd edib.

O əlavə edib ki, hazırda müəssisədə istehsal həcminin artırılması ilə bağlı hər hansı yeni layihə yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər