Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı Memorial kompleksini ziyarət ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, ziyarət zamanı Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara kompleks haqqında məlumat verib.
O qeyd edib ki, Xocalı Memorial Kompleksi Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış memorial məkandır:
"Kompleks Xocalıda baş vermiş faciədə həlak olan insanların xatirəsini yaşadır. Memorial Azərbaycan xalqının faciənin qurbanlarını yad etməsi, Xocalı hadisələri barədə gələcək nəsillərin məlumatlandırılması və yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən hücumun necə baş verdiyini, faciənin görüntülərini əks etdirən fotolar və maketlər nümayiş olunur".
Qalereya
Oxşar xəbərlər
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf...