Rubl "çökəcək" - bəs manatı nə gözləyir? - Vüqar Bayramovdan AÇIQLAMA

Rubl çökəcək - bəs manatı nə gözləyir? - Vüqar Bayramovdan AÇIQLAMA
Foto
İqtisadiyyat 10963

Dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə bir çox ölkələrdə siyasi-iqtisadi vəziyyət bahalaşmaya səbəb olur. Bu qonşu dövlətlərdə də aydın müşahidə olunur.

Müharibə şəraitində bir çox qadağalarla üzləyən Rusiyada da böhran özünü qabarıq şəkildə büruzə verir. Bu aspektdən də, Rusiya rublu dəyərsizləşməkdə davam edir.

BAKU.WS xəbər verir ki, Dünya üzrə tanınmış iqtisadçı Georgi Ostapkoviçin proqnozuna görə, aprel ayında rublun dəyərsizləşməsi sürətlə davam edəcək. Bu da həm Rusiya və həm də qonşu ölkələrdə dolların bahalaşmasına səbəb olacaq.

Ekspert bildirib ki, bu proses makroiqtisadi baxımdan normaldır. Hazırkı neft qiymətləri və dövlət büdcəsinin vəziyyəti nəzərə alındıqda, güclü rubl iqtisadi cəhətdən əlverişsiz hesab edilir.

Nəzərə alsaq ki, bizim təsərrüfatın və işçi qüvvəsinin böyük hissəsi Rusiya ilə birbaşa bağlıdır, Şimal qonşumuzdakı iqtisadi böhran bizi narahat etməyə bilməz. Bəs bu proses Rusiya ilə yaxın iqtisadi əməkdaşlıq edən Azərbaycan üçün necə səciyyələnəcək?

Bu və digər məsələlərə aydınlıq gətirmək üçün tanınmış iqtisadçı alim və Millət vəkili Vüqar Bayramova müraciət etdik. 

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, rublun məzənnəsi iqtisadi faktorlarla yanaşı siyasi məqamlardan asılıdır. Çünki Rusiya-Ukrayna müharibəsinin rublun məzənnəsinə birbaşa təsirini müşahidə edirik.

"Rublun məzənnəsi Rusiya-Ukrayna müharibəsinin gedişindən və bu istiqamətdə aparılan danışıqlardan asılı olacaq. Rublun məznnəsinə Rusiyaya daxil olan valyutanın həcmi və Rusiya Amerika münasibətləri təsir edir. 

Bu faktorlarla rublun məzənnəsi müəyyənləşir. Baxmayaraq ki, Rusiyaya bir çox qadağalar tətbiq edirlir, lakin son dövrlər rublun məzənnəsinin bir qədər stabil qaldığını görürdük. Bu ay rublun məzənnəsinin hansı taleyi yaşayacağ da məhz Rusiyanın yürüdəcəyi siyasi məqamlardan birbaşa asılıdır", - deyə V.Bayramov vurğulayıb.

Ekspert deyir ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasını müşahidə edirik. Bu birbaşa şimal qonşumuzdakı azərbaycanlı iş adamlarının və orada çalışan həmyerlilərimizin gəlirlərinin azalması ilə bağlıdır:

"2024-cü ilin son aylarında da Azərbaycana göndərilən pulların həcmində azalmalar müşahidə olunub. Həm də, digər tərəfdən Rusiya Azərbaycanın qeyri-neft ixracatının tərəfdaşıdır. Azərbaycanın 3,4 milyard dollar qeyri-neft ixracatının 30 faizindən çoxu məhz Rusiya bazarına yhönəlir. Xüsusilə kiçik-orta shibkarlar üçün Rusiya bazarında və rublun məzənnəsi bu konteksdən çox vacibdir. ABŞ dollarının məzənnəsində bir qədər qeyri-sabitlik müşahidə olunur. Bir müddət əvvəl güclənən dollar indi avroya nisbətən bir qədər zəifləyib. Bu da ABŞ-dakı vəziyyətdən asılıdır.

Çünki Amerikadakı 2 aylıq iqtisadi göstəricilər dolların möhkəmlənməsinə zəmin yaratmadı. Həm istehlak xərcləri azalıb, həm də, inflyasiya proqnozlaşdırılandan daha çoxdur". 

V.Bayramovun sözlərinə görə, manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

"Azərbaycan üzən məzənnə sisteminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi manatın taleyini müəyyənləşdirməkdə həlledici olaraq qalır. Sözsüz ölkəyə daxil olan valyuta həcmi və neftin dünya bazarındakı qiyməti bu konteksdən çox vacib amillərdir. Çünki tədiyyə balansının vəziyyəti birbaşa manatın məzənnəsinə təsir göstərən faktorlar sırasındadır. Bu konteksdən tədiyyə balansı, o cümlədən ölkəyə daxil olan valyuta və neftin dünya bazar qiymətinin manatın məzənnəsini müəyyənləşdirən zaman əsas faktorlar kimi nəzərə alınmasını müşahidə edirik. Mərkəzi Bank təbii ki, bu faktorları nəzərə almaqla manatın məzənnəsini müəyyənləşdirir".

Ziya SƏCCAD

Son xəbərlər